Slimfit
  1. İQTİSADİYYAT

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ
Sakura

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

 

ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin “Greencard” viza proqramı ilə bağlı saxtakarlıqların edilməsi barədə xəbərdarlıq yayıb.

Oxu.Azn xəbərinə görə, səfirlik bildirib ki, “Greencard” ərizəçilərinə saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.

“Bu cür saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək istəyirlər. Bunun üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər”, - deyə səfirliyin müraciətində qeyd olunub.

Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları, “Greencard” proqramına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün müraciət edə bilərlər. Səfirlik bəyan edib ki, bu təşkilatlar yalnız öz maraqlarını güdür:

“ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”.  

ABŞ səfriliyi vurğulayıb ki, “Greencard” qazanmaq istəyənlər yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə, heç kimə ödəniş ödəmədən ərizələrini göndərə bilərlər.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR