Dərc edildi: Baxış sayı: 340
ABŞ səfirliyi Azərbaycanla bağlı çağırış etdi
ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.
"Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!",- məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət