Slimfit
  1. DÜNYA

ABŞ səfiri Azərbaycan xalqını təbrik edib

ABŞ səfiri Azərbaycan xalqını təbrik edib
Sakura

ABŞ səfiri Azərbaycan xalqını təbrik edib

“ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ xalqı adından Azərbaycan xalqına sağlam və xoşbəxt Novruz diləyirəm. 2019-cu ilin mart ayında bütün ölkənin Novruz tətilinə hazırlaşdığı bir dönəmdə mənə Azərbaycana gəlmək qismət oldu”.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu Novruz Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer deyib.

“Ölkəyə gəldiyimdə əsl bayram əhval-ruhiyyəsi ilə qarşılaşdım. Şənliyə hazırlaşmış ailələr, göz qamaşdıran rənglər, hər yerdə, həmçinin, səfirlikdə qalanmış tonqallar və dünyada daddığım ən dadlı yeməklərlə tanış oldum.

Bu mənim üçün Azərbaycan mədəniyyəti və cəmiyyətinə həqiqətən xüsusi bir giriş idi. Bakıda olduğum ilk ay ərzində mənə göstərilən qonaqpərvərliyi heç vaxt unutmayacağam. Novruz dünyada yüz milyonlarla insan üçün ailələrin və icmaların bir araya gələrək yeni ilə başlamalarını qeyd etdikləri bir bayramdır. ABŞ-da son zamanlarda Azərbaycandan və bölgədəki digər ölkələrdən gələn immiqrantlar sayəsində Novruz bayramı müxtəlifliyi ilə seçilən mədəni təqvimimizə xoş bir əlavə olub.

COVID-19 bayramları genişmiqyaslı qeyd etməyi çətinləşdirsə də, səmimi qəlbdən ümid edirəm ki, hamınız təhlükəsiz və sağlam bir bayram keçirəcəksiniz. Və gələn il hamımız bayramı birlikdə qeyd edəcəyik”-deyə, səfir videomüraciətində bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR