ABŞ sanksiyaları ləğv etmək istədi, bizə zəng etdi - Çavuşoğlu
Sanksiya qərarının nə qədər səhv olduğunu vurğulamışdım. Heç bir faydası olmamışdı və gərəksiz bir addımdı idi. Biz ABŞ-ın verdiyi qərara cavab vermişdik, əslində bu cür sanksiyaları dəstəkləyən bir ölkə deyilik. Yalnız BMT-nin sanksiya qərarlarına əməl etmək məcburiyyətindəyik. Bundan başqa tətbiq edilən bütün sanksiyalara qarşıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Antaliyanın ev sahibliyi etdiyi D-8 zirvəsində danışan Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu deyib. O bildirib ki, artıq iki dövlət arasındakı sanksiyalar ləğv edilib:
"ABŞ bu qərarından imtina etmək istədi. Bizə "Qarşılıqlı olaraq sanksiyaları qaldırma məsələsində hazırsınızmı?", deyə soruşdular. Biz onsuz da bunun səhv olduğunu bildirərək “Siz nə zaman qaldıracaqsınızsa, biz də o vaxt ləğv edəcəyik” dedik. Dünən bu məsələlərlə bağlı addımlar atıldı, lazımi yazışmalar oldu".
Mövlüd Çavuşoğlu D-8 zirvəsinin əhəmiyyətindən də danışıb:
“Ticarət döyüşlərin olduğu bir dövrü yaşayırıq. Buna ən gözəl cavabı öz aramızdakı ticarətdə yerli və milli pullarımızı istifadə edərək verə bilərik. Türkiyə olaraq Çin, Rusiya, Ukrayna, İran kimi ölkələrlə ticarətimizi milli pullar üzərindən icra etməyə hazırlaşırıq. Bu cür müzakirələri bir çox başqa ölkələrlə davam etdiririk. Bütün bunları D-8 nəzdində də həyata keçirmək mümkündür. Bu məqsədlə D-8 mübadilə otağının qurulmasını təklif etdik. Burada iştirak mərhələli ola bilər, mərkəzi banklarımız bir araya gəlib bunu öz aralarında müzakirə edə və bizə təkliflərlə gələ bilərlər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət