Slimfit
  1. DÜNYA

ABŞ S-400-ə qarşı hazırlıq keçir

ABŞ S-400-ə qarşı hazırlıq keçir
Sakura

ABŞ S-400-ə qarşı hazırlıq keçir

Amerikalı F-35 pilotları başda S-400 olmaqla, Rusiya və Çinin havadan müdafiə sistemlərinə daha yaxşı müqavimət göstərmək üçün geniş bir ərazidə kompüter simulyasiyaları aparır.

Axar.az xəbər verir ki, bunu "National İnterest" ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə istinadən yayıb. Məlumata görə, pilotlar kompüter simulyasiyaları ilə sözügedən ölkələrin silahlarına qarşı təlim keçir.

Sözügedən addımın 2020-ci ilin ortalarında və sonlarında gözlənilən düşmən təhdidlərinə qarşı hazırlıq məqsədi ilə həyata keçirildiyi qeyd edilib.

Məlumatda təlim çərçivəsində pilotlar AIM-9X raketləri ilə təyyarənin hədəf zonasından kənardakı hava hədəflərini vurmağı öyrənirlər. Onların yalnız S-400 kimi müasir sistemlərə qarşı deyil, həmçinin bu cür texnologiyalar istehsal edə biləcək ölkələrə qarşı da hazırlaşdıqları bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR