ABŞ Rusiyaya xəbərdarlıq etdi: “Hücumlar dərhal dayandırılsın...”
İdlibdə silahlı qarşıdurmalara son vermək lazımdır. Rusiya siyasətini dəyişməlidir.
Teleqraf.com xəbər verir ki, belə bəyanatla ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri çıxış edib.
Xüsusi nümayəndə bəyan edib ki, bu təhlükəli qarşıdurma dərhal dayandırılmalı, Rusiya siyasətini dəyişməlidir.
Rusiyanın dəstəklədiyi Əsəd rejimi tərəfindən İdlib istiqamətindəki hücumların və İran tərəfindən dəstəklənən Hizbullah terror təşkilatının bölgədəki fəaliyyətinin narahatedici olduğunu bildirən Ceyms Ceffri İdlibə hücumda sadəcə ruslar deyil, İran və Hizbullahın da aktif rol aldığını bildirib:
“Bu hücumların sadəcə M4-M5 şosesini ələ keçirmək üçün edildiyini, yoxsa başqa məqsədlərinin olduğundan əmin deyilik”.
Xüsusi nümayəndə Rusiyanın ABŞ-ın bölgədəki varlığına meydan oxumaq məqsədilə Suriyanın şimalındakı təhlükəsizlik razılaşmasının şərtlərini pozduğunu iddia edib:
“Bu təhlükəli qarşıdurmalara dərhal son qoyulmalıdır. Rusiya siyasətini dəyişməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət