ABŞ Rusiyanın supersilahını məhv etməyin üzərində “baş sındırdı”
Bu barədə “Defense News”da hərbi analitiklər Bredli Boumen və Endryu Qabel yazıb.
Müəlliflər məqalədə Səudiyyə Ərəbistanında neft obyektlərinə son hücumları xatırladıblar və qanadlı raketlərin aşkarlanmasında əsas çətinliyin onların aşağı hündürlükdə uçması ilə bağlı olduğunu qeyd ediblər. Ekspertlər daha ciddi təhlükələrə nümunə kimi prezident Vladimir Putinin bəyanatına əsasən, mövcud raket hücumundan müdafiə (HHM) sistemlərindən yan keçməyə qadir olan Rusiya supersilahını göstəriblər.
Boumen və Qabel belə təhdidlərə qarşı mübarizə tədbirləri kimi ilk növbədə hipersəs silahına qarşı müdafiə sahəsində komandanlıq, nəzarət, döyüş idarə və rabitə sistemi ilə bağlı əsas qərarların qəbul edilməsi üçün Pentaqonun məsul şəxsi təyin etməyini təklif ediblər.
İkincisi, ekspertlər Konqresi belə təhlükənin mənbələrini və yayılmağını izləyən kosmik ötürücülərin yerləşdirilməsi üzrə səyləri dərhal dəstəkləməyə çağırıblar. Üçüncüsü, ABŞ-a qanadlı raketlərə qarşı mübarizəni, ələlxüsus, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və İsrail olmaqla, müttəfiqlərlə birgə aparmağı təklif ediblər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında ölkənin perspektivli supersilahlarından danışmışdı: RS-28 “Sarmat” strateji raket kompleksi, “Burevestnik” - demək olar, məhdudlaşdırılmamış məsafəyədək uça bilən qanadlı raket, “Poseydon” sualtı pilotsuz üzgüçülük aparatı, “Xəncəl” aviasiya raket kompleksi, hipersəs planlayan qanadlı raket bloku və “Peresvet” döyüş lazer qurğusu olan “Avanqard”raket kompleksi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət