Dərc edildi: Baxış sayı: 532
ABŞ Rusiya və Çini kosmosda əsas təhdid adlandırdı
ABŞ-ın Pensilvaniyadakı Hərbi Universiteti yanında Strateji Araşdırmalar İnstitutu ABŞ üçün kosmosda yaranacaq potensial təhdidlər barədə hesabat hazırlayıb.
Axar.az xəbər verir ki, hesabatda ABŞ üçün kosmosda əsas təhdid kimi Rusiya və Çin göstərilib. Hesabat müəllifləri Moskva və Pekinin öz hərbi kosmik fəaliyyətlərini kombinasiya edilmiş hərbi əməliyyatlara inteqrasiya etmək istədiyini bildirib:
“Bu ölkələrin özləri təsdiq edirlər ki, hərbi potensiallarını, güclü yüksək texnologiyalı sistemi ABŞ-ın artan təhdidini neytrallaşdırmaq üçün inkişaf etdirirlər. Rusiya və Çin ABŞ-ın əsas rəqibi kimi kosmosda hərbi üstünlük qazanmaq niyyətindədirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət