Slimfit
  1. MARAQLI

ABŞ restoranlarında verilən bütün yeməklər sağlamlığa zərərli imiş

ABŞ restoranlarında verilən bütün yeməklər sağlamlığa zərərli imiş
Sakura

ABŞ restoranlarında verilən bütün yeməklər sağlamlığa zərərli imiş

Ens.az xəbər verir ki, amerikalı tədqiqatçılar çox qəti bir nəticəyə gəliblər ki, ölkənin ictimai iaşə müəssisələrində istehlak etdikləri hər şey orqanizmi məhv edir. Tədqiqat nəticəsində məlum olub ki, ABŞ-da bütün restoran yeməkləri sağlamlığa zərərlidir.

Belə bir tədqiqat aparmaq zərurəti xüsusən son illərdə amerikalılar arasında piylənmə epidemiyasının hədsiz artmasından yaranıb.

Çoxları bu məsələnin səbəbi kimi oturaq həyat tərzini göstərməyə meyillidirlər. Ancaq əsas səbəb bunda yox, "qərb pəhrizi"indədir. Zarafatla pəhriz deyilən bu rasiona çox miqdarda karbohidratlar, yağlı və qızardılmış qidalar daxildir .

ABŞ vətəndaşlarının çoxlu miqdarda qırmızı ət, qızardılmış kartof, kartof püresi və un məhsullarını istehlak etməsi heç kimə sirr deyil. Buna görə də, məhz belə restoran yeməkləri onlara daha çox təklif olunur. Tədqiqat, bu yeməklərin yalnız 0,1% -nin sağlamlığa fayda verənlərə aid edilə biləcəyini müəyyənləşdirib.

Bunun üçün mütəxəssislər 2003-cü ildən bu yana ABŞ restoranlarına mütəmadi olaraq edilən sifarişlər üzrə 35 mindən çox insanın seçdiyi yeməklərin təhlilini aparıblar.

Sifariş verilən yeməklərin yarısında faydalı və qida maddələri tamamilə qeyri-kafi miqdarda olub. Ümumən, bu yeməklərin heç biri ideal sayıla biləcək həddə çatmayıb.

Amerika alimlərinin fikrincə, bu ciddi narahatlıq üçün çox əhəmiyyətli bir səbəbdir, çünki ABŞ vətəndaşlarının ən azı 20% -i daimi olaraq kafe və restoranlarda yeyirlər. Fast food müntəzəm olaraq amerikalıların 12% -i tərəfindən istifadə olunur.

Beləliklə, Massaçusets Taft Universitetində çalışan elm adamları sağlamlıqlarını sadəcə məhv etdikləri qənaətinə gəliblər və daimi restoran yeməklərini bunun üçün ideal resept adlandırırlar.

Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, indi amerikalıları restoran və kafeləri mütəmadi olaraq ziyarət etməkdən daşındırmaq mümkünsüz işdir.

İnsanların sağlamlığı üçün yeganə yol həmin iaşə müəssisələrinin sahiblərini sağlamlıq üçün daha faydalı yeməklər hazırlamağa məcbur etməkdən ibarətdir.

Ancaq bunun özü də o qədər inandırıcı görsənmir. Amerikalılarda artıq müəyyən dad zövqləri və tərcihləri formalaşıb. Və insanlar bunu dəyişdirmək, başqa adət ermədikləri nəyəsə pul ödəmək fikrində deyillər.

Məsələ bundadır ki, ABŞ-da 93 milyon insanın rəsmi olaraq artıq çəkidən əziyyət çəkir. Yeri gəlmişkən, bu, ölkə əhalisinin 39% faizi deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR