Slimfit
  1. AZƏRBAYCAN

ABŞ radiosu Azərbaycan haqqında veriliş yayımlayıb

ABŞ radiosu Azərbaycan haqqında veriliş yayımlayıb
Sakura

ABŞ radiosu Azərbaycan haqqında veriliş yayımlayıb

ABŞ-ın Con Batçelor Şou radio proqramı Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovla müsahibəni yayıb.
Jurnalist Con Batçelor Mərkəzi Asiyaya səfəri ərəfəsində Azərbaycanın bu region ölkələri üçün inkişaf modeli olmasına dair fikirlər səsləndirib. 

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaq tarixə və mədəniyyətə malik olmasından danışan səfir Elin Süleymanov regionun ümumi inkişafı üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb. O, ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin bütün region ölkələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib. Diplomat Azərbaycanda innovasiyalara imza atmış “ASAN xidmət”in artıq Əfqanıstan və Mərkəzi Asiya ölkələrində tətbiqinə başlanılmasının bu təcrübənin səmərəli olmasından xəbər verdiyini deyib və ölkələr arasında bu və digər istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. 

Ramsfeld Fondunun Mərkəzi Asiya və Cənubi Qafqaz Qrupunun (CAMCA) növbəti illik iclasının Özbəkistanda keçiriləcəyinə toxunan səfir bu qurumun ölkələrin dövlət və özəl sektorları arasında əməkdaşlığın inkişafına diqqət yetirməsindən və iştirakçı tərəflərin faydalanmasından bəhs edib. 

Daha sonra diqqəti ölkəmizə yönəldən C.Batçelor Azərbaycanın Ermənistanla uzun müddətdir ki, münaqişədən əziyyət çəkdiyini xatırladıb, mayın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mayoru Aqil Omarovun snayper ilə qətlə yetirilməsinə diqqət çəkib. 

Səfir münaqişə tərəfinin kim olmasından asılı olmayaraq, insan ölümünün faciəvi hal olduğunu, qətlə yetirilmiş mayorun ailəsi kimi, bütün Azərbaycan xalqının bu itkidən kədərləndiyini bildirib, Ermənistan tərəfinin bu kimi hallara son qoymalı olduğunu vurğulayıb. Xüsusilə, son hadisələr fonunda - ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda sülhün irəlilədilməsi üçün danışıqlar apardığı zamanda Ermənistan tərəfindən belə bir addımın atılmasının qəbuledilməzliyini vurğulayıb. 

Ermənistanın sülh üçün ya hazır olmadığını, ya da bunu istəmədiyini qeyd edən səfir Ermənistanın inkişafı və erməni xalqının rifahı üçün sülhün vacibliyini və cəmiyyətin buna hazır olmasının, etimad quruculuğu tədbirlərinin yaradılmasının əhəmiyyətini qeyd edib. Lakin o, baş verən son hadisənin Ermənistan tərəfinin tam əksinə fəaliyyət göstərdiyinin sübutu olduğunu vurğulayıb, bu təxribatın davamlı olmayacağına ümidini ifadə edib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR