Dərc edildi: Baxış sayı: 274
ABŞ Qətərdən İsrail və “Hizbullah” arasında danışıqlarda vasitəçilik etməsini istəyib
ABŞ Qətərdən “Hizbullah” ilə İsrail arasında münaqişənin həllinə yardım etməsini istəyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqlarda vasitəçilik edən Qətər, Bayden administrasiyasından İsrail-Livan sərhədində “Hizbullah” və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün müraciət alıb.
"Hizbullah"ın sözçüsü bildirib ki, Qəzza zolağında müvəqqəti atəşkəs olarsa, qruplaşma Livanda qarşılıq verəcək. Bununla belə, o vurğulayıb ki, Qəzzada müharibə tamamilə bitənə qədər “Hizbullah” daha geniş razılaşmanı qəbul etməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət