Slimfit
  1. SİYASƏT

ABŞ Qarabağda minatəmizləmə proqramını dayandırıb, ermənilər narahat olub

ABŞ Qarabağda minatəmizləmə proqramını dayandırıb, ermənilər narahat olub
Sakura

ABŞ Qarabağda minatəmizləmə proqramını dayandırıb, ermənilər narahat olub

ABŞ hökuməti Dağlıq Qarabağın inzibati ərazisində və işğal edilmiş ətraf rayonlarda neçə illərdir minaların təmizlənməsini həyata keçirən “Halo Trust” təşkilatının maliyyələşdirilməsini dayandırıb.

 

Virtualaz.org xəbər verir ki, eurasianet.org portalından Coşua Kuçera bunun səbəblərini araşdırıb və Amerika ermənilərinin proqramın maliyyələşdirilməsinin davam etdirilməsinə nail ola bilmək üçün göstərdiyi israrlı cəhdlərin boşa çıxdığını qeyd edib.

“Halu Trust” təşkilatının Qarabağdakı fəaliyyətini ABŞ-ın USAİD hökumət yardım agentliyi maliyyələşdirirdi. Proqram uzun müddətdir rəsmi Bakının narazılığına, etirazlarına səbəb olurdu. Lakin indi ABŞ rəsmiləri deyirlər ki, proqramın dayandırılması minaların təmizlənməsi layihəsinin faktiki başa çatması və resursların daha mühüm prioritetlərə yönəldilməsi zərurəti ilə bağlıdır, hansısa siyasi səbəblərlə əlaqəli deyil.

 

Bununla belə ermənilər və onların ABŞ-dakı lobbiçiləri Konqresi Britaniya xeyriyyə təşkilatı “Halo Trust”a maliyyə yardımının bərpa edilməsinə inandırmaq üçün cəhdləri davam ettdirirlər.

ABŞ rəsmiləri proqramın dayandırılması haqda qərarı hələ 2019-cu ilin yazında verib. Lakin Konqresin ermənipərəst üzvləri maliyyələşmənin bərpa edilməsi üçün çalışıblar. Tramp administrasiyası isə maliyyələşmənin dayandırılmasında israr edib. USAİD və Dövlət Departamentinin nümayəndələri Konqresə göndərdikləri məktubda bildiriblər ki, 2017-ci ildən bəri Dağlıq Qarabağda minaların partlamasından heç bir mülki şəxs zərər çəkməyib. Ona görə də resursları münaqişənin sülh yolu ilə həllinə yönəlmiş perspektiv proqramlara yönəltmək lazımdır.

ABŞ nümayəndələri deyirlər ki, yeni maliyyə Ermənistanda şəffaflığın və etibarlı idarəçiliyin inkişaf etdirilməsinə, Azərbaycanda isə energetika təhlükəsizliyinə və ölkənin neft-qaz gəlirlərindən asılılğının azaldılmasına yönələn proqramlara yönəldiləcək.

 

“Biz minaların təmizlənməsi proqramının uğurla başa çatdığını düşünürük...eyni zamanda hesab edirik ki, biz Dağlıq Qarabağın inzibati əraziləri daxilində minaların təmizlənməsi işində bundan o yana gedə bilmərik”,-USAİD təşkilatının nümayəndəsi anonimlik şərti ilə deyib. Başqa sözlə, ABŞ-ın işğal edilmiş ətraf rayonlarda minaların təmizlənməsini maliyyələşdirə bilməyəcəyini vurğulayıb.

“Halo Trust” təşkilatının ətraf rayonlardakı fəaliyyətini erməni fondları və iş adamları maliyyələşdirir. Ermənilər bu ərazilərdə minaları təmizləməklə kənd təsərrüfatı üçün yeni əkin sahələri yaradır.

 

Dövlət Departamentinin nümayəndəsi isə portala deyib ki, maliyyələşmənin dayandırılması ABŞ-ın Cənubi Qafqazdakı prioritetlərini və maraqlarını , o cümlədən Minsk Qrupunun həmsədri kimi rolunu nəzərə almaqla bir neçə strukturun qəbul etdiyi birgə qərardır.

ABŞ-dakı erməni lobbiçiləri isə proqramın bərpa edilməsi üçün birləşiblər. Bir neçə gün əvvəl Konqresin Nümayəndələr palatasının 70-dən çox üzvü maliyyələşmənin bərpa edilməsinə çağırıblar.Rəsmi Bakı hələlik mövzunu şərh etməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR