Slimfit
  1. MEDİA

ABŞ Qarabağ siyasətini dəyişir? - Deputatdan açıqlama

ABŞ Qarabağ siyasətini dəyişir? - Deputatdan açıqlama
Sakura

ABŞ Qarabağ siyasətini dəyişir? - Deputatdan açıqlama

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov ABŞ administrasiyasının işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırmasını şərh edib. 

Deputat Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistan hakimiyyətinin nə daxili, nə də xarici siyasətində müəyyənlik var. 

Onun sözlərinə görə, beynəlxalq siyasətdə ən pis hal qeyri-müəyyənlik hesab olunur ki, bunu da Ermənistanın timsalında görmək mümkündür. 

E.Nəsirovun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan manevr edir - özünü həm Rusiya prezidenti Vladimir Putinin dostu, həm də ABŞ rəhbəri Donald Trampın yanında fərqli göstərmək istəyir. 

“Bu baxımdan da ABŞ rəhbərliyində Ermənistan hökumətinə münasibət birmənalı deyil. Rəsmi Vaşinqton regionda baş verən prosesləri çox diqqətlə izləməkdədir. Bölgədə kifayət qədər ciddi proseslər gedir. ABŞ-ın İrana qarşı sanksiyaları daha da sərtləşdirilir. Analoji münasibət Rusiyaya qarşı da sərgilənir”, - deyə E.Nəsirov bildirib. 

Politoloq qeyd edib ki, ABŞ Azərbaycanın çox düzgün və milli maraqlara söykənən xarici siyasət həyata keçirdiyini dərk edir və bunu yüksək dəyərləndirir:

“ABŞ Azərbaycana sərhədlərinin müdafiəsi və möhkəmləndirilməsi üçün 100 milyon dollar ayırıb. Bu isə Ağ Evin Azərbaycana və Ermənistana olan münasibətindəki fərqin göstəricisidir”. 

Deputatın sözlərinə görə, reallıqlar fonunda Ermənistanın konkret, müəyyən olunmuş siyasəti yoxdur və bu da Ağ Evin diqqətindən yayınmır. 

“Bilirik ki, bu ilin iyun ayının 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirildi. Bu isə onu göstərir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyini artırmaq niyyətindədir. Belə olan təqdirdə, ABŞ-ın Dağlıq Qarabağda minaların təmizlənməsi prosesinə maliyyəni dayandırması təəccüb doğurmamalıdır. Son zamanlar rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətində daha praqmatik addımlar atdığına şahidlik edirik”, - deyə E.Nəsirov əlavə edib. 

Deputat onu da vurğulayıb ki, Azərbaycanın güclü siyasəti, diplomatiyası rəsmi Bakını ABŞ üçün daha əhəmiyyətli edir:

“Bu fonda isə Ermənistan ABŞ üçün əhəmiyyətsizləşir. Bütün bunları nəzərə aldıqda, deyə bilərik ki, Azərbaycanın regionda və dünyada nüfuzu artır, mövqeləri möhkəmlənir. Ermənistanın isə ABŞ üçün əhəmiyyəti getdikcə azalmaqdadır”.

Qeyd edək ki, Amerikanın Erməni Milli Komitəsinin məlumatına görə, ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır.

“Bir müddət əvvəl ABŞ Nümayəndələr palatasının qəbul etdiyi maliyyələşmə barədə düzəlişə baxmayaraq administrasiya maliyyə dəstəyini dayandırmağa çalışır. 

“Bu, USAID tərəfindən maliyyələşən proqramdır. Bu addım ciddi siyasi nəticələrə gətirib çıxaracaq”, - deyə məlumatda qeyd olunub. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR