"ABŞ prezidenti səhv edir" - Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Cozef Baydenin onu tənqid etməsini rədd edib və israillilərin əksəriyyətinin onun Qəzza zolağındakı siyasətini dəstəklədiyini bildirib.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,bu barədə Netanyahu Almaniyanın Bild qəzetinə müsahibəsində deyib.
“Əgər ABŞ prezidenti bununla hesab edirsə ki, mən israillilərin əksəriyyətinin istəklərinə zidd olan şəxsi siyasət yeridirəm və bu, İsrailin maraqlarına zərərlidir, o, hər iki baxımdan səhv edir. Qəzzada həyata keçirilən aksiyaları ölkə vətəndaşlarının böyük əksəriyyəti dəstəkləyir. Onlar (İsraillilər - Qeyd) qalan HƏMAS silahlılarını məhv etmək üçün gördüyümüz tədbirləri dəstəkləyirlər”, - Netanyahu bildirib.
Bayden daha əvvəl bəyan edib ki, Netanyahu Qəzzadakı hərəkətləri ilə bütün dünyanı özünə qarşı çevirdiyi üçün İsrailə kömək etməkdən daha çox zərər verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət