Dərc edildi: Baxış sayı: 432
ABŞ Özbəkistan pambığını “qara siyahı”dan çıxarıb
ABŞ-ın Əmək Nazirliyi Özbəkistanda toplanan pambığa tətbiq etdiyi sanksiyanı aradan qaldırıb.
“Report” “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Özbəkistandakı səfirliyi ölkəsinin Əmək Nazirliyinin hesabatına əsasən yayıb.
“Pambıq yığımında uşaq əməyindən məcburi istifadə edilməsi əhəmiyyətli dərəcədə azalaraq, ilk dəfə irəliləyişə nail olunub”, - hesabatda bildirilib.
Qeyd edək ki, Özbəkistanda hər il 3 milyon ton pambıq yığılır. Ölkə pambıq ixracatı üzrə dünyada 3-cü, istehsalı üzrə isə 6-cı yerdədir.
ABŞ-ın Əmək Nazirliyi dünyanın uşaq əməyindən istifadə olunan 76 ölkəsində 148 adda məhsulun adını dərc edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət