Dərc edildi: Baxış sayı: 596
:0
ABŞ ölüm-qalım savaşı aparır – Əsəd
ABŞ hazırda sağ qalmaq uğrunda mübarizə aparır. Belə ki, öz hegemonluğunu itirib, Rusiya, İran və Suriya ilə mübarizə aparmağa qərar verib.
Axar.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.
Əsədin sözlərinə görə, hazırda ABŞ ona “yox” deyən hər kəslə, hətta Qərb müttəfiqləri ilə də mübarizəyə hazırdır.
“Onlar Əfqanıstana girdilər, heç nə alınmadı. İraqa girdilər, heç nə alınmadı. Başqa yollarla digər ölkələrə girməyə başladılar, öz yanaşmalarını dəyişdilər”, - Əsəd bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət