ABŞ Nümayəndələr Palatası Trampın impiçmentinin 2 maddəsini təsdiqləyib
ABŞ Nümayəndələr Palatasının komitəsi Trampa impiçment elan olunacaq iki maddəni təsdiqləyib
ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsi Prezident Donald Trampa qarşı impiçment elan olunacaq maddələri səsverməyə çıxararaq təsdiqləyib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp iki maddə üzrə - vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunvericilərin işinə mane olmaqda ittiham olunur.
Qeyd edək ki, 23 konqresmen (Demokratlar) bu sənədin lehinə, 17 konqresmen isə (Respublikaçılar) əleyhinə səs verib.
Məhkəmə Komitəsinin Respublikaçılar Partiyasından olan üzvləri qərarı kəskin tənqid ediblər.
Konqresmen Mayk Consonun sözlərinə görə, bu, ölkənin iki düşərgəyə bölünməsinə səbəb olacaq. Onun həmkarı Met Qetz isə demokratların impiçmentlə əlaqəli bütün dəlillərini fərziyyə adlandırıb, Ukrayna ilə bağlı yürüdülən siyasətdə isə fikir ayrılığının oduğuna əminliyini ifadə edib.
Respublikaçı hesab edir ki, ABŞ xalqı Trampın impiçmentini dəstəkləmir.
Nümayəndələr Palatasının tam tərkibdə növbəti səsverməsinin gələn həftəyə planlaşdırıldığı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət