Dərc edildi: Baxış sayı: 563
ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir
ABŞ-ın yüksəkvəzifəli şəxslərdən ibarət nümayəndə heyəti Ankaraya səfər edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb. Mətbuat nümayəndə heyətinin Türkiyə ilə “Sülh çeşməsi” əməliyyatını müzakirə edəcəyini bildirib.
Bundan öncə Türkiyəyə gələcək nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin vitse-prezident Mayk Pens olacağı bildirilsə də, son anda qərar dəyişib. Belə ki, Pens Türkiyəyə gəlməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Pens bundan öncə açıqlama yayaraq, Trampın tapşırığı əsasında Yaxın Şərqə səfər edəcəyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət