Dərc edildi: Baxış sayı: 279
ABŞ-nin keçmiş maliyyə naziri “TikTok”u almaq istəyir
ABŞ-nin keçmiş maliyyə naziri Stiven Mnuçin Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almaq üçün investorlardan ibarət konsorsium yığır.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə o, CNBC telekanalında bildirib.
Mnuçin öz niyyətini ABŞ Nümayəndələr Palatasının “TikTok”u qadağan etmək barədə qanun layihəsini dəstəkləməsinin ertəsi günü açıqlayıb.
Qanun layihəsi Senat tərəfindən təsdiqlənərsə, “ByteDance”ın “TikTok”u ABŞ investorlarına satmaq üçün altı ay vaxtı olacaq. Əks halda, sosial şəbəkə ABŞ-də qadağan olunacaq, tətbiq “Apple” və “Google” proqram mağazalarının ABŞ seqmentindən silinəcək.
Mənbə: kommenrsant.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət