Dərc edildi: Baxış sayı: 457
ABŞ müttəfiqlərimizi bizə qarşı qaldırır – Lavrov
Qərb ölkələri keçmiş əsrlərdəki vərdişlərindən imtina etməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Ən yaxşı imkan bu qeyri-normal situasiyanı bitirməkdir. Qərb imperiya iddialarından imtina etməlidir”, – deyə o bildirib.
Lavrov Vaşinqtonun Mərkəzi Asiya ölkələrinin Moskva ilə münasibətləri inkişaf etdirməsinə maneə yaratmağa çalışdığını söyləyib:
“ABŞ çoxdan Mərkəzi Asiya dövlətləriylə işləyir. Biz bilirik ki, onlar aralarında hərbi müttəfiqlərimiz olmasına rəğmən, Mərkəzi Asiya ölkələrini birbaşa razı salmağa çalışırlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət