Slimfit
  1. DÜNYA

ABŞ məhkəməsi Microsoft-un Pentagonla 10 milyard dollarlıq müqaviləsini təxirə salıb

ABŞ məhkəməsi Microsoft-un Pentagonla 10 milyard dollarlıq müqaviləsini təxirə salıb
Sakura

Bunu Amazon şirkəti tələb edirdi

Tender keçirilərkən onu qazanmaqda favorit sayılan Amazon, Trampın Bezosu tənqid etməsi fonunda rəqibinə uduzmuşdu

Microsoft şirkəti Pentaqonla məlumat bazalarının saxlanması üçün bulud saxlama infrastrukturunun yaradılmasını təmin edən 10 milyard dollarlıq müqavilə çərçivəsində bütün işləri dayandırmalıdır. Bu barədə, New York Times və CNBC-nin Vaşınqton məhkəməsinin qərarına əsaslanaraq yaydıqları məlumatda deyilir.

Məhkəmə, həmçinin Amazon-dan fevralın 20-dək 42 milyon dollar depozit yatırmasını istəyib. Məhkəmə sonradan təxirə salınmağı səhv hesab edəcəyi təqdirdə bu məbləğ "girov" olacaqdır: bu halda pul Microsoft tərəfindən çəkilən zərərləri ödəmək üçün köçürüləcəkdir.

Ens.az xatırladır ki, Amazon şirkəti yanvar ayında Microsoft-a müvəqqəti qadağa qoyulmasını məhkəmədən xahiş etmişdi: bu iddiada məhkəmə qərarı çıxarılanadək üçüncü bir şirkətin ABŞ hərbçiləri üçün heç bir iş görməməsi tələb olunurdu.

Tenderin nəticələri 2019-cu ilin oktyabrında yekunlaşmışdı. Müsabiqədə Microsoft Amazon'u, eyni zamanda IBM, Oracle və Google'u məğlub etmişdi. Müqaviləyə görə, şirkət bütün vəzifələri yerinə yetirdikdə tam məbləği alacaqdı.

Məsələ bundadır ki, adı çəkilən tenderə əsas iddiaçı məhz Amazon sayılırdı, lakin Müdafiə Nazirliyi son anda fikrini dəyişdi. Amazon bu məğlubiyyətini şirkətin qurucusu Ceff Bezosun Donald Tramp tərəfindın tənqid olunmasıyla əlaqələndirmiş və ABŞ prezidentini "siyasi müdaxilə" və orduya təzyiqlərdə ittiham etmişdi. Şirkət 2019-cu ilin noyabrında federal məhkəmə qarşısımda iddia qaldırmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR