Dərc edildi: Baxış sayı: 524
ABŞ Livanlı nazirə BMT-də iştirak etmək üçün viza vermədi
ABŞ-ın Beyrutdakı səfirliyi Livan səhiyyə nazirinə BMT Baş Assambleyasında iştirak etmək üçün Amerika vizası verməkdən imtina edib.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Livan telekanalı "Əl-Mayadeen"ə istinadən xəbər verib
"ABŞ səfirliyi Livan səhiyyə naziri Cəmil Cabakın Nyu-Yorkda BMT Baş Məclisinin iclasında iştirakı üçün ABŞ-a giriş vizası verməkdən imtina edib", deyə kanal bildirir.
Bununla bağlı ABŞ diplomatik nümayəndəliyindən rəsmi açıqlamavürməyib.
Bundan əvvəl KİV-də bildirilirdi ki, ABŞ Livan baş naziri Səəd Həririni, Cabakın bu vəzifəyə təyin edilməsi ilə bağlı xəbərdarlıq etmişdi. Vaşinqton hesab edir ki, nazir Hizbullah hərəkatı ilə əlaqəlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət