ABŞ-la qarşı-qarşıya gəlmək istəmirik, ancaq... - Ərdoğan
ABŞ-la qarşı-qarşıya gəlmək arzumuz yoxdur. Amma ABŞ-ın PKK-nın qolu YPG/PYD terror təşkilatlarına dəstək verməsini görməzlikdən gələ bilmərik. Bunu Trampla bir neçə dəfə müzakirə etdim.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, yeni terror təşkilatı yaradılıb:
“Hazırda bölgədə İŞİD demək olar ki, yox səviyyəsindədir. İndi də uydurma terror təşkilatı çıxarıldı. Açılış Suriya Demokratik Qüvvələri, yəni, SDQ. PYD/YPG təşkilatından heç bir fərqi yoxdur”.
Ərdoğan Suriyanın şimalının 20-30 km dərinliyində terrorçulardan təmizlənməsinin lazım olduğunu da qeyd edib.
Türkiyə lideri BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin İdlibdə atəşkəslə bağlı məsələyə veto qoyacaqları barədə yayılan xəbərlərə də münasibət bildirib:
"Ankaradakı Zirvə görüşündə Putin və Ruhani ilə ortaq bəyanat yaydıq. Bəyanatımız İdlibdə atəşkəs rejiminin tətbiqi ilə bağlı olub. Çinin buna qarşı açıqlama edəcəyini düşünmürəm. ABŞ və koalisiyanın zidd mövqedə olacağını da ehtimal etmirəm", - deyə cavab verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət