ABŞ-la İran arasında müharibə qaçılmazdır
ABŞ xalqının 71%-i bir neçə ilə ərzində İranla müharibənin qaçılmaz olduğuna inanır.
Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.
“Röyters/Aypos” tərəfindən iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra aparılan anket sorğusunun nəticəsinə əsasən, Amerika xalqının dörddən-üçü ABŞ-la İran arasındakı gərginliyin müharibəyə çevriləcəyini düşünür.
Sorğuya qatılan hər 10 respublikaçıdan 7-i müharibə ehtimalı üzərində dayanır. Demokratçıların 77%-i də eyni mövqeyi paylaşır.
ABŞ xalqının sadəcə 17%-i müharibə olacağına inanmır. 5%-i isə ümumiyyətlə, müharibə başlayacağını cəfəngiyyat adlandırır.
Bundan başqa, sorğuya qatılanların 53%-i ABŞ prezidenti Donald Trampın İran siyasətini dəstəkləmir. Hər 10 nəfərdən 4-ü İranın ABŞ üçün böyük təhdid olduğunu düşünür.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət