Slimfit
  1. DÜNYA

ABŞ koalisiyası öz silah-sursat anbarını bombalayıb

ABŞ koalisiyası öz silah-sursat anbarını bombalayıb
Sakura

ABŞ koalisiyası öz silah-sursat anbarını bombalayıb

ABŞ koalisiyası Suriyadan çıxdığı zaman özlərinə məxsus sursat anbarını, eləcə də digər hərbi avadanlıqları məhv edib.

Bizimyol.info xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə koalisiya zabiti polkovnik Miles Keqqins Twitter səhifəsində yazıb.

O qeyd edib ki, oktyabrın 16-da ABŞ-ın regionda olan bütün hərbi personalı və taktiki-texniki avadanlıqları ölkəsinə yola salındıqdan sonra “F-15” markalı iki koalisiya döyüş təyyarəsi “Lafarge” sement zavodunda yerləşdirilmiş döyüş sursat anbarına hava zərbəsi endirib.

Polkovnik əlavə edib ki, məqsəd hərbi qurğuların istifadəyə yararsız hala gətirilməsindən ibarət olub və planlaşdırıldığı kimi, hava zərbəsi uğurla həyata keçirilib.

Qeyd edək ki, çərşənbə axşamı prezident Donald Tramp ABŞ ordusunun Suriyadakı hərbi əməliyyat bölgələrini tərk etdiyini təsdiqləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR