Dərc edildi: Baxış sayı: 501
ABŞ İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq edəcək
ABŞ İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, aviazərbələr nəticəsində ölənlər arasında ABŞ vətəndaşları yoxdur və bazalara minimal zərər dəyib: “Bunu sizə əminliklə deyə bilərəm ki, Amerika vətəndaşları son dərəcədə xoşbəxt ola bilərlər. Ötən gün İranın raket hücumları nəticəsində heç bir amerikalı zərər görməyib. Eyni zamanda heç bir iraqlı da xəsarət almayıb. Biz hər şeyə hazırıq”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət