ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır
ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.
“Report” “Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen (Janet Yellen) deyib.
O bildirib ki, bu, İranın İsrailə hücumuna cavab məqsədindən irəli gəlir.
Nazirin sözlərinə görə, Vaşinqton Tehrana qarşı mübarizədə tərəfdaşları ilə işləməkdən çəkinməyəcək.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum həyata keçirib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət