Slimfit
  1. CƏMİYYƏT

ABŞ İrana qarşı gizli silah tətbiq etdi: zəlzələ baş verdi

ABŞ İrana qarşı gizli silah tətbiq etdi: zəlzələ baş verdi
Sakura

ABŞ İrana qarşı gizli silah tətbiq etdi: zəlzələ baş verdi

Açıq-aydın görünür ki, İranın Buşehr şəhərində ardıcıl olaraq 4,9 və 4,5 bal gücündə iki zəlzələnin müşahidə olunması təbii hadisə deyil. Xüsusilə zəlzələ üçün Atom Elektrik Stansiyasının yerləşdiyi şəhərin seçilməsi də təsadüfi deyil.

Bu sözləri Axar.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov ABŞ və İran arasında gün günlər müşahidə olunan gərginliyin ardınca İranın nüvə obyektlərinin yerləşdiyi Buşehr şəhərində müşahidə olunan zəlzələlərlə bağlı danışarkən deyib.

T.Zeynalovun qənaətinə görə, bir çox hallarda bu kimi hadisələrdə təbiətdən şübhələnilsə də, əslində bu kimi silkələnmələrin səbəbi Rusiya ilə Amerikanın silahlarıdır:

“Buşehrdə baş vermiş zəlzələni süni yolla Amerika qəsdən törədib. İranın həmin ərazisi zəlzələyə meyilli ərazidir və orada zəlzələ olma ehtimalı var. İş orasındadır ki, zəlzələ ocağı olmayan ərazilərdə onsuz da süni zəlzələ yaratmaq mümkün deyil.

Dünyanın iki nəhəng dövləti olan Rusiya və Amerikanın elə silahları var ki, bu təkanları həmin silahlarla süni surətdə gücləndirə bilir və ya adi zamanda belə zəlzələ yaradır. Adətən zəlzələ yaradan silahlardan Amerika istifadə edir”.

T.Zeynalov bildirib ki, təbi zəlzələlərlə süni zəlzələləri fərqləndirmək mümkündür:

“Zəlzələni əvvəlcədən canlı aləm hiss etmirsə, deməli, bu, tektonik, süni üsulla yaradılıb. Ev heyvanları bir neçə gün öncə zəlzələnin olacağını hiss edib həmin yeri tərk edirlər. Ancaq süni zəlzələ qəflətən baş verir. Siz təsadüfə baxın ki, ABŞ ilə İran münasibətləri pozulan kimi Atom Elektrik Stansiyası yerləşən şəhərdə iki ardıcıl zəlzələ yaşanır. Demək ki, heç təsadüfi deyilmiş.

Zəlzələ ocağı olmasa, süni zəlzələ yaratmaq mümkün deyil. Süni zəlzələ yaratmaq üçün onun ocağı olmalıdır. Ocağı isə təbiət yaradır. Buşehr də bilirsiniz ki, zəlzələyə meyilli ərazidir. Amerika da məhz bundan istifadə edərək Atom Elektrik Stansiyasının yerləşdiyi şəhərdə zəlzələ yaradıb”.

Xatırladaq ki, 8 yanvar gecə saatlarında İran ordusu ABŞ-ın İraqda yerləşən Eyn əl-Əsəd və Ərbil bazalarına raket zərbələri endirib. Bunun ardından İranın nüvə obyektlərinin yerləşdiyi Buşehrdə 4,9 və 4,5 bal gücündə iki ardıcıl zəlzələ müşahidə edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR