Dərc edildi: Baxış sayı: 584
ABŞ İrana hücum edə bilər? - Türkiyəli ekspert
ABŞ İrana hücum edəcək gücdə deyil.
Axar.az xəbər verir ki, bu sözləri Mərmərə Universitetinin dosenti Barış Doster deyib.
O bildirib ki, İranın regiondakı nüfuzu və cəbhə arxasındakı əlaqələri belə bir hücumun olmayacağını göstərir:
“ABŞ-ın uzun illərdir atdığı hər addım İranın mənafeyinədir. ABŞ İranın Suriya, yaxud İraq kimi ölkə olmadığının fərqindədir”.Qeyd edək ki, Səudiyyəyə məxsus neft obyeklərinə dron hücumlarının həyata keçirilməsi və bu hücumda İranın ittiham edilməsi ABŞ-ın cənub qonşumuza yenidən hərbi müdaxilə məsələsini gündəmə gətirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət