Slimfit
  1. DÜNYA

ABŞ İran Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib

ABŞ İran Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib
Sakura

ABŞ İran Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib

ABŞ administrasiyası İran Müdafiə Nazirliyinə qarşı yeni sanksiyalar tətbiq etdiklərini açıqlayıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barə ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonda jurnalistlərə məlumat verib. 

O, sanksiyaların İranın nüvə və silah proqramlarında əli olanların hamısına, o cümlədən Venesuela prezidenti Nikolas Maduroya şamil olunduğunu bildirib: “Sizin kim olduğunuzun fərqi yoxdur, yəni əgər İranın silah proqramına qarşı BMT-nin sanksiyalarını pozursunuzsa, özünüz sanksiya riskilə üzləşirsiniz. Bizim sanksiyalar da bunu dünya boyu hər kəsə çatdırmaq üçündür. Bu gün göstərdiyimiz səylər onların regionda və bütün dünyada terroru alovlandırmaq üçün maddi ehtiyatlar və sərvətlər əldə etmələri ehtimalının azalmasınadək davam edir”.

Ölkənin müdafiə katibi Mark Esper də gələcəkdə İranın təczvüzünə hazır olduqlarını söyləyərək rəsmi Tehranı normal ölkə kimi davranmağa çağırıb.

M.Pompeo həmçinin İranın uranın zənginləşdirilməsi əməliyyatlarında iştirak etdiklərinə görə 2i nəfərin, ticarət katibi Uilbor Ross da bütövlükdə 5 nəfər iranlı tədqiqatçının sanksiya siyahısına salındıqlarını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR