Dərc edildi: Baxış sayı: 479
ABŞ: İran dayanmır, o, hər yerdədir
ABŞ İrana maksimal təzyiq göstərilməsi üçün kampaniyasını davam etdirəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft deyib. O, bunun üçün ABŞ-ın çoxlu sayda təsir vasitəsi olduğunu söyləyib:
“İrana gəlincə isə bizim istifadə edə biləcəyimiz çoxlu sayda alətlər var. Biz onları İrana münasibətdə istifadə etməyə davam edəcəyik. Biz onların davranışında hansısa dəyişikliklər görməmişik. Onlar Yəməndəki, Suriyadakı situasiyaya müdaxilə etməyə davam edirlər. Onlar hər yerdədirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət