Dərc edildi: Baxış sayı: 445
ABŞ-ın Ukraynadan yardım istəməsi... - Vindman
ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığından narahat olduğumu bir neçə dəfə dilə gətirdim.
Axar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Aleksandr Vindman bildirib.
"Xarici bir ölkədən ABŞ vətəndaşı (Co Baydenin oğlu nəzərdə tutulur - red.) ilə bağlı araşdırma aparılmasını istəməyin doğru olduğunu düşünmürəm. ABŞ-ın Ukraynadan dəstək istəməsindən narahatam", - Vindman söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Trampın Zelenski ilə telefon danışığı zamanı prezident seçkilərində əsas rəqibi sayılan Co Baydenin oğlunun Ukraynadakı şirkəti ilə bağlı araşdırma aparılması üçün təzyiq etdiyi barədə xəbər yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət