Slimfit
  1. DÜNYA

ABŞ-ın sanksiyaları nəticə verdi:Türkiyə İrandan neft idxalını tamamilə dayandırıb

ABŞ-ın sanksiyaları nəticə verdi:Türkiyə İrandan neft idxalını tamamilə dayandırıb
Sakura

ABŞ-ın sanksiyaları nəticə verdi:Türkiyə İrandan neft idxalını tamamilə dayandırıb

Türkiyə İrandan neft idxalını tamamilə dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən türkiyəli rəsmi “Röyters” agentliyinə danışıb.

O bildirib ki, Amerika neft sanksiyalarında 8 istisna ölkəyə verdiyi 180 günlük möhlət hüququnu uzatmadığına görə rəsmi Ankara İrandan neft alışını tam dayandırıb.

Türkiyəli rəsmi ölkəsinin İrana qarşı qəbul edilmiş sanksiyaları dəstəkləmədiyini desə də, amma rəsmi Ankaranın ABŞ-ın strateji müttəfiqi olduğuna görə, bütün sanksiyalara əməl edəcəyini vurğulayıb.

Qeyd edək ki, “Röyters” mayın 20-də sənayə mənbələrindən, naqivasiya sistemlərindən və enerji sahəsində fəaliyyət göstərən konsultasiya şirkətlərindən əldə edilmiş məlumatlar əsasında cari ay ərzində İrana məxsus heç bir neft tankerinin Türkiyə limanlarında lövbər salmadığı barədə məlumat dərc etmişdi.

Xatırladaq ki, Amerika nüvə razılaşmasından çıxdıqdan sonra İrana qarşı yenidən sanksiyalar tətbiq edib. İki mərhələdən ibarət olan sanksiyalar paketinin ikinci mərhələsi çərçivəsində 2018-ci ilin noyabr ayının əvvəllərində İranın neft və qaz sektoruna qarşı sanksiyalar qəbul edilib. Bu sanksiyalarda İrandan neft alan 8 ölkəyə özlərinin qara qızıla olan ehtiyaclarını təmin etmək üçün verilən 6 aylıq möhlətin vaxtı cari ilin may ayının 2-də başa çatıb. Bu müddət ərzində həmin ölkələr neftə olan tələbatlarını ödəmək üçün alternativ mənbələrə üz tutmalı idilər. Həmin ölkələr artıq İrandan neft idxalını davam etdirsələr, Vaşinqtonun ağır embarqolarına məruz qalacaqlar.

Digər tərəfdən, artıq bu ay İranın xam neft ixracatı günlük 500 min bareldən aşağı düşüb. Hazırda İranın bu miqdarda nefti Asiya ölkələrinə satdığı bildirilir, lakin müştərinin kim olduğu məlum deyil.

Sanksiyalardan öncə İranın gündəlik neft və qaz-konsendant satışı 2.5 milyon barel idi. Gələcək aylarda isə sanksiyalar davam edərsə, İranın neft ixracatının sıfıra düşəcəyi gözlənilir. Amerika Birləşmiş Ştatları da Tehrana qarşı qəbul edilmiş enerji emqarqolarının hədəfinin bu ölkənin neft satışını sıfıra endirmək, bununla da külli miqdarda gəlir əldə edib, onu terrorizmin maliyyələşdirilməsinə sərf etməsinə əngəl olmaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR