Dərc edildi: Baxış sayı: 535
ABŞ-ın PKK-ya verdiyi texnika ələ keçdi
ABŞ-ın PKK-YPG terror qruplaşmasına verdiyi zirehli avtomobillər Suriya Milli Ordusunun (SMO) əlinə keçib.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri yazıb.
Məlumata görə, Suriyanın Rəsulayn bölgəsi istiqamətində uğurla irəliləyən SMO ABŞ istehsalı olan texnikanı ələ keçirib. Belə ki, terrorçular qaçarkən texnikanı götürməyə macal tapmayıb. Hətta 1 milyon 300 min türk lirəsi dəyərində olan “Humvee” zirehli maşını da SMO qüvvələri tərəfindən götürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət