Slimfit
  1. DÜNYA

ABŞ-ın peyvəndi nə vaxt hazır olacaq?

ABŞ-ın peyvəndi nə vaxt hazır olacaq?
Sakura

ABŞ-ın peyvəndi nə vaxt hazır olacaq?

ABŞ Milli Sağlamlıq İnstitutunun rəhbəri Frensis Kollins mütəxəssislər tərəfindən hazırlanan koronavirus vaksininin noyabr ayına kimi qeydiyyata alınmasının mümkün olmadığını söyləyib.

Publika.az “Reuters” ə istinadən xəbər verir ki, COVİD-19-a qarşı potensial vaksin namizədləri bu ilin noyabr və ya dekabr aylarına rəsmi təsdiq almayacaq. Kollinzin sözlərinə görə, vaksinin tezliklə ictimaiyyətə təqdim olunmamasının səbəbi mütəxəssislərin vaksinlərin geniş miqyaslı klinik sınaqlarını davam etdirməsi və onun təhlükəsizliyinin ölçülməsi ilə bağlı planıdır. O əlavə edib ki, tədqiqat üçün 10 minə yaxın könüllü tələb olunacaq. Sınaqların bu mərhələsi infeksiyaya qarşı dərmanların təhlükəsizliyi və effektivliyi haqqında məlumat toplamağa imkan verəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Amerika peyvəndinin noyabrın 3-nə təyin edilmiş prezident seçkisi günü və ya bir az əvvəl təqdim edilə biləcəyini açıqlayıb.

Bundan əlavə ABŞ Rusiyanın koronavirus infeksiyasına qarşı peyvənd hazırlanması ilə bağlı köməyindən imtina edib. Bu barədə adı açıqlanmayan Rusiya rəsmilərinə istinadən CNN məlumat yayıb. Qeyd olunur ki, Moskva Vaşinqtona “Supersonic Speed” proqramı çərçivəsində əməkdaşlıq təklif edib. Telekanalın verdiyi məlumata görə, Rusiya Federasiyası Rusiya vaksinini ABŞ-da istehsal etməyə imkan verən təcrübə mübadiləsi üçün mümkün qədər açıq davranıb. Ancaq Amerika Rusiya tibbinin nailiyyətlərindən yararlanmağa isti yanaşmayıb.

Onu da qeyd edək ki, dünyada koronavirusa qarşı ilk qeydiyyata alınan Rusiya peyvəndi Braziliyada istehsal ediləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR