Slimfit
  1. İQTİSADİYYAT

ABŞ-ın neft şirkətləri ilk rübdə 48 milyard dollarlıq aktivlərini silib

ABŞ-ın neft şirkətləri ilk rübdə 48 milyard dollarlıq aktivlərini silib
Sakura

ABŞ-ın neft şirkətləri ilk rübdə 48 milyard dollarlıq aktivlərini silib

ABŞ-ın neft şirkətləri neftin qiymətinin aşağı düşməsi səbəbindən 2020-ci ilin ilk rübündə 48 milyard ABŞ dolları dəyərindəki aktivlərini silib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Enerji İnformasiyası İdarəsinin (EIA) məlumatında deyilir.

 “Dərc olunan maliyyə hesabatlarına əsasən, ABŞ-ın 40 neft istehsalçısı 2020-ci ilin birinci rübündə ümumilikdə 48 milyard dollarlıq aktivləri silib. Bu, azı 2015-ci ildən bəri ən böyük rüblük düzəlişi olub. Neft qiymətlərinin aşağı olması bu şirkətlərin mənfəətinə və sübut edilmiş ehtiyatlarının dəyərinə mənfi təsir edir”, - məlumatda bildirilib.

40 neft istehsalçısının siyahısına “ConocoPhillips”, “Marathon Oil”, “Pioneer Natural Resources” və “Occidental Petrol” kimi iri şirkətlər daxildir.

2020-ci ilin ilk rübündə araşdırılan şirkətlər ümumilikdə gündə 6,1 milyon barel və ya ABŞ-ın rüblük hasilatının təxminən 30% həcmində neft istehsal ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR