Dərc edildi: Baxış sayı: 412
ABŞ-ın neft ehtiyatları yenidən artıb
Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (18-22 may) yenidən artıb.
Ens.az "APA-Economics"-a istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 8,7 mln. barel artaraq 530,05 mln. barel təşkil edib.
Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,9 mln. barel artacağı gözlənilirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət