Dərc edildi: Baxış sayı: 419
ABŞ-ın neft ehtiyatları 8 mln. bareldən çox artıb
Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (27 aprel – 1 may) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.
Ens.az xəbər verir ki, "APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 8,4 mln. barel artaraq 518,57 mln. barel təşkil edib. Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 7,8 mln. barel artacağı gözlənilirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət