Dərc edildi: Baxış sayı: 533
ABŞ-ın neft ehtiyatları 1,63 milyon barel azalıb
ABŞ Energetika Nazirliyinin bir həftəlik hesabatına görə, ABŞ-da ticari neft ehtiyatları 1,63 milyon barel azalaraq 512,45 milyon barelə enib.
Ens.az Fins.az-a istinadən xəbər verir ki, benzin ehtiyatları 3,32 milyon barel azalaraq 243,76 milyon barelə enib.
Bloomberg-ə açıqlama verən ekspertlər neft ehtiyatlarının 2,85 milyon barel azalacağını, benzin ehtiyatlarının 1 milyon barel azalacağını və distillat ehtiyatlarının 1,2 milyon barel azalacağını proqnozlaşdırırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət