Slimfit
  1. SİYASƏT

ABŞ-ın məşhur radiosunda Ermənistanın təcavüz faktları açıqlanıb

ABŞ-ın məşhur radiosunda Ermənistanın təcavüz faktları açıqlanıb
Sakura

ABŞ-ın məşhur radiosunda Ermənistanın təcavüz faktları açıqlanıb

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin nüfuzlu radiosunda Ermənistanın Azərbaycana təcavüzündən danışıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda yayımlanan, geniş izləyici auditoriyası və nüfuza malik “Con Batçelor Şou” radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə qonaq olub.

Jurnalist C.Batçelor Ermənistan Azərbaycan münaqişəsi barədə məlumat verərək, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edib. C.Batçelor Azərbaycana səfəri zamanı cəbhə bölgəsinə səfər etdiyini bildirib və Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın tərəfinin son dövrlərdə artıq neçənci dəfədir, təxribata əl atmasından, Azərbaycanın hərbi qulluqçularının və mülki əhalisinin həlak olmasından danışıb. O, artan gərginliyin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına neçə təsir edəcəyini gündəmə gətirib.

Jurnalistin suallarını cavablandıran səfir səfir həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verərək, yaralıların tezliklə sağalmağını diləyib. O, münaqişənin regionda sülhə təhlükə olduğunu qeyd edərək, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhədində baş verməsinə diqqət çəkib.

E.Süleymanov bildirib ki, Ermənistanın təxribata əl ataraq, Azərbaycanın Silahlı Qüvvələrinə və mülki əhalisinə hücum edir. Səfir Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına zərbə vurduğunu, öz əməlləri ilə sülh prosesində maraqlı olmadığını sübut etdiyini bildirib.

Ermənistan tərəfinin əslində daha çox itkilər verdiyini bildirən səfir ölkə rəhbərliyinin bu faktları gizlətməyə çalışmasını qeyri ciddi addım adlandırıb. 

Tovuz istiqamətində təxribat törədən Ermənistanın, həmçinin bu ölkə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının mövqelərini atəşə tutmasına diqqət çəkən professor Şeffer, iki ölkənin beynəlxalq sərhəddində baş verən silahlı toqquşmanın regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirib.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR