Slimfit
  1. TƏHSİL VƏ KARYERA

ABŞ-ın məşhur azərbaycanlı alimi yubiley medalı ilə təltif olunub

ABŞ-ın məşhur azərbaycanlı alimi yubiley medalı ilə təltif olunub
Sakura

ABŞ-ın məşhur azərbaycanlı alimi yubiley medalı ilə təltif olunub

ABŞ-ın əslən Azərbaycandan olan tanınmış alimi, Mərkəzi Florida Universitetinin (“University of Central Florida” – UCF - red.) FSEC Enerji Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrə tədqiqatçısı, professor Nazim Muradov Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə “Report”a Mərkəzi Florida Universitetindən - UCF-dən bildirilib.

Qeyd edək ki, bu təltif Azərbaycanda diplomatik xidmətin 100 illik yubileyini əks etdirir və Nazim Muradova diplomatik xidmətdə yüksək nailiyyətlərə görə verilib.

Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim universitetin Enerji Araşdırmaları Mərkəzində mükafatı ailəsi və həmkarları qarşısında şəxsən N.Muradova təqdim edib.

Səfir qeyd edib ki, görkəmli azərbaycanlı, həyatını elmə, ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlığın möhkəmləndirilməsinə həsr etmiş Nazim Muradova xatirə medalı təqdim etmək onun üçün böyük şərəfdir:

“O və həyat yoldaşı, Azərbaycanın görkəmli musiqiçi ailəsindən olan Pervinlə birlikdə Florida, həm də Azərbaycan üçün dəyərlidir”.

Qeyd edək ki, N.Muradov universitetdə 1990-cı ildə işləməyə başlayıb. Onun əsas tədqiqat sahələrinə termokatalitik və fotokatalitik hidrogen hasilatı sistemləri, Günəş enerjisi ilə işləyən suyun parçalanması dövrləri, müasir bioyanacaq növləri, qalıq yanacağın dekarbonizasiyası (enerjiyə keçid tələb edirkarbonu enerji istehsalından uzaqlaşdıran struktur dəyişikliyi -red), yanacaq elementlərinin tətbiqi üçün reformatorlar, hidrogen sensorları, təhlükəli maddələrin, tullantılar və nanostrukturlu karbon materialları şüa detoksikasiyası daxildir.

Azərbaycanlı alim həm də NASA-UCF tədqiqat qrupunun üzvüdür. Nazim Muradov NASA-nın missiyası zamanı uğurla sınaqdan keçirilmiş unikal hidrogen sensorunun hazırlanmasına kömək edib.

N.Muradov ümumilikdə yeddi kitabın müəllifi, həmmüəllifidir, onun təhsil sahələri üzrə 50-yə yaxın patenti var. N.Muradov 100-dən çox milli və beynəlxalq görüşlərdə, o cümlədən bir neçə əsas təqdimat və plenar mühazirələrdə məruzələrlə çıxış edib. Onun karbohidrogenlə bağlı (N.Vəziroğlu ilə birlikdə) məqaləsi “Thomson Reuters Essential Science Indicators” tərəfindən hidrogen iqtisadiyyatının tədqiqat sahəsində ən çox istinad edilən məqalələrdən biridir. Onun novatorçu elmi işi və töhfələri Milli İxtiraçılar Akademiyasının üzvü adına layiq görülməsinə yol açıb.

Alim Azərbaycanın səfiri Xəzər İbrahim tərəfindən yubiley medalını qəbul etməkdən böyük şərəf duyduğunu bildirib.

“Mən 32 ildir ki, FSEC-dəyəm və əminəm ki, həmkarlarımın dəstəyi və təşviqi olmadan bunlara nail ola bilməzdim”, - N.Muradov deyib.

Universitetin saytında qeyd edilib ki, yubiley medalı rəsmi olaraq “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı adlanır. Bu, Respublikada diplomatik xidmətin 100 illiyini təmsil edir və Azərbaycana diplomatik xidmətdə göstərdiyi yüksək nailiyyətlərə görə verilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR