Slimfit
  1. DÜNYA

ABŞ-ın kiber hücumları İranın sistemlərinə zərər verə bilməyib

ABŞ-ın kiber hücumları İranın sistemlərinə zərər verə bilməyib
Sakura

ABŞ-ın kiber hücumları İranın sistemlərinə zərər verə bilməyib

ABŞ-ın heç bir kiber hücumu İranın raket idarəetmə sistemlərinə zərər verə bilməyib. FaktXeber.com-un Mehr-ə istinadla verdiyi məlumata görə, bunu İİR İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin rəhbəri Cavad Azəri Cahromi bəyan edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ mediası prezident Donald Trampın İranın raket buraxılışılarının idarəsi üçün istifadə olunan kompyuterlərinə kiber əməliyyatların keçirilməsi üçün göstəriş verdiyini yazmışdı.

«Onlar (ABŞ ) bunun üçün çox səy göstərib, amma hələ ki, heç bir hücum uğurla nəticələnməyib», - deyə nazirliyin agentliyi məlumat yayıb.

«KİV-də soruşurlar ki, kiber hücumlar barədə xəbərlər doğrudurmu?  Biz kiber terrorla artıq uzun müddətdir ki, mübarizə aparırıq», - deyə Cahromi bəyan edib.

O əlavə edib ki, ötən il İran 33 milyon hücumu neytrallaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR