ABŞ-ın Kaliforniya ştatında qeydiyyatda olan korporasiyaların direktorlar şurasında qadınların yer alması…
ABŞ-ın Kaliforniya ştatında qeydiyyatda olan korporasiyaların direktorlar şurasında qadınların yer alması mütləq olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə ştat qubernatorunun Senatın hüquq komitəsində ünvanladığı məktubda deyilir.
Yeni qanuna əsasən, 2019-cü ilədək hər bir korporasiyanın direktorlar şurasında ən azı bir qadın olmalıdır.
2021-ci ildə isə beş nəfərdən ibarət direktorlar şurasında iki qadın yer almalıdır. Altı nəfərlik direktorlar şurasında azı üç nəfər zərif cinsin nümayəndəsi olmalıdır.
Birinci dəfə qanunu pozan şirkətlər 100 min dollar, təkrar hallarda isə 300 min dollar cərimə ödəyəcək.
Müvafiq qanun layihəsinin müəllifləri qeyd edirlər ki, rəhbərlikdə qadınlar təmsil olunan şirkətlər daha yaxşı maliyyə göstəricilərinə malikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət