Slimfit
  1. DÜNYA

ABŞ-ın hücumu İrana qəti cavabdır – Pompeo

ABŞ-ın hücumu İrana qəti cavabdır – Pompeo
Sakura

ABŞ-ın hücumu İrana qəti cavabdır – Pompeo

İraqdakı koalisiya qüvvələrinə məxsus bazaya hücumdan sonra ABŞ-ın Kətaib Hizbullah qruplaşmasının İraqın Əl Kaim şəhərindəki obyektlərinə zərbə endirməsi İrana verilən konkret cavabdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O bildirib ki, bu addım Donald Trampın İranın ABŞ əsgərlərinin həyatını təhlükəyə atacağı təqdirdə verəcəyi cavab məsələsində qəti olduğunu göstərir.

Pompeo ABŞ-ın bölgədəki maraqları üçün əlavə addımlar ata biləcəyini də bildirib.

Qeyd edək ki, ABŞ-ın Kətaib Hizbullah hərbi qruplaşmasının İraqın Əl Kaim şəhərində yerləşən obyektlərinə zərbə endirməsi nəticəsində 25 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR