Dərc edildi: Baxış sayı: 547
ABŞ-ın hipersəs təhlükəsi: Səsdən 10 qat sürətli uçan raketlər
Çoxsaylı media hesabları və Pentaqonun rəsmiləri tərəfindən təsdiqləndiyi kimi hipersəs raket sistemlərinin təsiri və meydana gətirdiyi təhlükə böyüyür və ABŞ milli maraqlarına kompleks təhdid yaradır. Hipersəs silahlar yüksək səviyyədə manevr qabiliyyətlidir, səsdən dəfələrlə sürətli hərəkət edir və dünyanın istənilən yerindəki hədəfi bir saatdan qısa müddət ərzində məhv etməyə imkan verir. Onun potensial hədəflərinə terror təşkilatlarının liderlərindən milli kritik komanda və nəzarət təsisatlarına qədər müxtəlif şeylər daxildir. Ötən ilin martında ABŞ-ın Strateji Komandanlığının komandanı Con Hayten bu tip silahların istifadəsinə qarşı faktiki olaraq müdafiəyə sahib olmadıqlarını etiraf edib.
Pentaqon rəhbərinin tədqiqat və mühəndislik üzrə müavini Maykl Qriffin bildirib ki, ötən il Çinin sınaqdan keçirdiyi hipersəs silahların sayı ABŞ-ın on il ərzində etdiklərindən daha çoxdur: “Əgər sabah Rusiya Estoniyanı işğal etsəydi və ya Çin Tayvana hücum etsəydi, onların hücumlarına qarşı müdafiə olunmaq çox çətin olardı”.
ABŞ Raketdən Müdafiə Doktrinasında hipersəs texnologiya ilə əlaqəli təhdid etiraf olunmaqla yanaşı, həm də onların uçuşun istənilən mərhələsində izlənməsi üçün kosmik sensor təbəqələrinin zəruriliyi vurğulanıb. Hazırda 23 dövlət hipersəs texnologiyası ilə bağlı müxtəlif dərəcədə araşdırmalar və digər çalışmalar aparsa da, bu rəqəm günü-gündən artmaqdadır.
Bu təkamül edən texnologiyaya cavab olaraq Pentaqon və məxsusi olaraq ABŞ ordusunun qanadları müxtəlif proqramlar həyata keçirir. Bir çoxları bu məsələnin elmlə yox, sənayeləşmə ilə əlaqəli olduğunu vurğulayır. Qriffin isə belə deyir: Bu elə bir məsələdir ki, biz bu sistemlərdən minlərlə ədəd əldə etmək istəyirik. Bu isə həmin sistemlər üçün yeni sənaye bazası yaratmaq mənasına gəlir”.
Pentaqonun 2020-ci il büdcəsi onun bu sahəyə böyüyən marağı və narahatlığını əks etdirir. Ötən ilki maliyyə ilində hipersəs silahların təkmilləşdirilməsi üçün 2 milyard dollar ayrılıb. Hipersəs proqramlarına ayrılan investisiya qoyuluşu isə ötən ilə nəzərən artıb.
Dəyanət Ağalarlı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət