Slimfit
  1. DÜNYA

ABŞ-ın Ermənistana dəstəyinə Rusiyadan reaksiya

ABŞ-ın Ermənistana dəstəyinə Rusiyadan reaksiya
Sakura

ABŞ-ın Ermənistana dəstəyinə Rusiyadan reaksiya

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda antirusiya tramplininin yaradılmasına yönəlib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib.

"Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, söhbət Ermənistanın Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlığından getməlidir. İndi Vaşinqton İrəvana kömək etməyə hazırdır, açıq-aydın Rusiya əleyhinə tramplin olacaq yeni bir dövlət yaratmaq arzusundadır", - komitə rəhbəri vurğulayıb.

O qeyd edib ki, Kiyevə də analoji yardım təklif olunub:

"İndi Ukrayna öz suverenliyini, bir çox vətəndaşını itirərək ABŞ-ın marionetinə çevrilib".

Qeyd edək ki, ötən gün Yuri Kim Ermənistanın Rusiyaya qarşı ABŞ-ın partnyoru olmaqla bağlı real qərar qəbul etməli olduğunu bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR