üqavilələr İraq hökuməti nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı imzalanıb.
Chevron və İraq Neft Nazirliyi, Di-Kar əyalətində neft hasilatı üçün müqaviləyə dair danışıqların aparılması məqsədilə çərçivə sazişi üzərində razılığa gəliblər.
ABŞ-ın enerji şirkətləri İraq hakimiyyəti ilə ümumi dəyəri 8 milyard dollar olan bir sıra müqavilələr bağlayıblar. Bu barədə ABŞ Energetika Nazirliyi bildirib.
Xüsusilə, hesabatda belə qeyd olunur ki , Chevron və İraqın Neft Nazirliyi "Dhi- Qar əyalətində neftin kəşfiyyatı, hazırlanması və hasilatına dair müqavilə üzrə danışıqlara başlamaq üçün bir çərçivə razılaşdırıblar".
Müqavilələr İraq hökuməti nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı imzalanıb. "Bu sövdələşmələr energetika sahəsində Iraqın gələcəyinin açarıdır. Əminəm ki, ABŞ-ın energetika planında müstəqil olmasına imkan verən həmin şirkətlər , eynilə İraqın da enerji sektorundakı bütün potensialını əldə etməsinə kömək etmək üçün biliklərini tətbiq edəcəkdir" deyə mətbuatdakı açıqlamasında ABŞ-ın Energetika katibi Dan Bruyett vurğulayıb.
Mənbə: tass.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət