Slimfit
  1. İQTİSADİYYAT

ABŞ-ın enerji nəhəngi son 32 ildə ilk dəfə I rübü zərərlə başa vurub

ABŞ-ın enerji nəhəngi son 32 ildə ilk dəfə I rübü zərərlə başa vurub
Sakura

ABŞ-ın enerji nəhəngi son 32 ildə ilk dəfə I rübü zərərlə başa vurub

Bu ilin I rübündə ABŞ-ın enerji nəhəngi “ExxonMobil”in gəlirləri proqnozları üstələyərək 56,2 milyard ABŞ dollara yüksəlib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, gəlirlərin artması şirkətin son 32 ildə ilk dəfə I rübü zərərlə başa vurmasına mane olmayıb. Belə ki, ötən ilin I rübündə 2,4 milyard ABŞ dolları məbləğində mənfəət əldə edən şirkət bu ilin eyni dövrünü 610 milyon ABŞ dolları məbləğində zərərlə başa vurub.

“Koronavirus qısamüddətli tələbə təsir etdi. Bazardakı həddindən artıq təklif də buna əlavə edildikdə qiymətlər üzərində bənzəri görünməmiş bir təzyiq yarandı. Amma iqtisadiyyat yenidən canlanacaq. Həyat standartları artacaq. Bu da məhsullarımıza tələbin artmasına və neft sənayesinin yenidən bərpa olunmasına şərait yaradacaq”, - şirkətin CEO-su Darren Vuds bildirib.

Qeyd edək ki, “ExxonMobil” balans hesabatını və rüblük dividendini qorumaq üçün aprelin 7-də illik xərcləri 30% və ya 10 milyard ABŞ dolları məbləğində azaltmağa qərar verib.

Bundan başqa, II rübdə şirkət hər səhm üçün səhmdarlara 0,87 ABŞ dolları ödəyəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR