Slimfit
  1. MƏŞHURLAR

ABŞ-ın ən populyar və ən çox qazanan aktyorlarının siyahısı açıqlandı

ABŞ-ın ən populyar və ən çox qazanan aktyorlarının siyahısı açıqlandı
Sakura
:0

ABŞ-ın ən populyar və ən çox qazanan aktyorlarının siyahısı açıqlandı

Dünya şöhrətli Hollivud aktrisası Cennifer Eniston Amerikanın ən populyar aktyorlarının siyahısına başçılıq edib.

Bu, The Hollywood Reporter tərəfindən 22-29 oktyabr 2019-cu il tarixlərində “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” istifadəçilərinin seçimlərini müşahidə edən “MVPindex” analitik şirkətinin materialına istinadən dərc edilib.

İkinci sırada “Qaya” ləqəbli Dvayne Duqlas Cohnson qərarlaşıb.

İlk beşliyə həmçinin Lili Reinhart, Camila Mendes və Gabriel Union daxil olub.

Şirkət eyni zamanda ən populyar komediyaçıların siyahısını tərtib edib.

Bunlar Roland Pouell (Lil Duval), Co Rogan, Darryl Linn Hyuli (D.L. Hughley), Desi Banks və Collin Bellincer olub.

Şirkət analitiklərinin fikrincə, “Riverdeyl”, “Ehtiras Anatomiyası”, “Gəzən ölülər”, “Süngər Bob, kvadrat şalvar” və “Çox qəribə işlər” internet istifadəçiləri tərəfindən ən yaxşı televiziya şouları hesab edilib.

2019-cu ilin avqustunda dünyaca məşhur və populyar “Forbes” dərgisi son 12 ayda ən çox maaş alan aktyorların adlarını müəyyənləşdirib.

Bunlar Düeyn Conson, Kris Hemsvort, Robert Douni, Akşay Kumar və Ceki Çandır.

Mənbə: medianews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR