Slimfit
  1. SİYASƏT

ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...

ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
Sakura

ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...

Prezident İlham Əliyevin Laçından açıq mətnlə verdiyi mesaja ABŞ Dövlət Departamentinin reaksiyası Ermənistanda ciddi şəkildə müzakirə edilir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  erməni ekspertlər Prezident Əliyevin mesajının ABŞ tərəfindən dərhal dəstəklənməsini Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyinin sübutu kimi yanaşırlar.

Erməni ekspert Edqar Elbakyan isə bu mövqeyi rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsi adlandırıb.

“Biz pərdəarxası danışıqların şahidi oluruq” deyən ekspertin fikrincə, ABŞ-ın bu bəyanatını bu cür tərcümə etmək mümkündür: “Əgər siz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsınızsa, o zaman bu ərazidə hansı prezidentdən söhbət gedir?”

Xatırladaq ki, Prezident Əliyev 28 mayda Laçına səfəri zamanı çıxışında Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt edilə biləcəyini elan etmişdi.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - Prezident Əliyev vurğulamışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bu sözlərə bu cür reaksiya vermişdi: “Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR